...

Hakimliyə namizədlər yazılı imtahan veriblər

Cəmiyyət Materials 19 Aprel 2008 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Hakimliyə namizədlər şənbə günü yazılı imtahan veriblər.

Hakimlərin Seçki Komitəsinin (HSK) keçirdiyi imtahanlarda iştirak etmiş 102 namizəd uzunmüddətli tədris mərhələsində hakimlik peşəsinə yiyələnmələrini göstərmək üçün verilmiş kazuslara görə məhkəmə sənədləri tərtib ediblər. Dörd saat ərzində davam etmiş yazılı imtahanda əvvəlcədən HSK tərəfindən hazırlanmış 8 sual arasından ikisi təsadüfi seçim yolu ilə namizədlər tərəfindən seçilib və imtahan zalında çoxaldılaraq namizədlərə paylanılıb. Suallar mülki və cinayət hüququ sahələrini əhatə edən kazuslar formasında olub və namizədlər həmin kazuslarla bağlı hökm və qərardad hazırlayıblar.

HSK-nın və Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev jurnalistlərə açıqlamasında bildirib ki, namizədlərin cavabları komitə tərəfindən qiymətləndiriləcək. 6 və daha artıq bal toplamış namizəd şifahi imtahan mərhələsinə buraxılacaq. İmtahanların nəticələri 10 gün müddətində elan olunacaq.

Hakimliyə sənəd vermiş 704 namizəddən 102 nəfəri test üsulu ilə və yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçib. Onlar yarım il ərzində davam etmiş tədris kursunu, məhkəmələrdə və xaricdə stajkeçməni uğurla başa vurublar.

İmtahanın gedişini 20-yə yaxın beynəlxalq və yerli müşahidəçilər izləyib.

HSK sədri bildirib ki, hazırda 200-ə yaxın vakant hakim yeri mövcuddur. 102 namizədin arasında imtahanları yekunlaşandan sonra müvəffəqiyyət qazanmışlar hakimliyə təqdim olunacaqlar. Qalan vakant yerlər üçün yenidən sənəd qəbulu elan olunacaq.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti