...

Natavan Həbibinin bacısının toyu oldu

Cəmiyyət Materials 30 Aprel 2008 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /müx. TrendLife Cavid Osmanov/

Dünən paytaxt restoranların birində müğənni Natavan Həbibinin bacısının toy mərasimi baş tutdu. Qeyd edək ki, bacısı həm də müğənnin meneceridir. Natavan həyacanlı olsa da, çox xoşbəxt görünürdü. Foyedə gəlinlə bəyin böyüdülmüş rəsmləri asılmışdı ki, gələn bütün qonaqlar öz arzularını şəkilin üzərinə yazırdılar. İçəri daxil olanda isə, özümüzü sanki cənnətdə hiss etdik. Demək olar ki, müğənnilərin əksəriyyəti toyda idi. Röya canlı musiqiləri ilə hər kəsi valeh edirdi. Aparıcı Nəsib Nur isə ona həvalə olunan tomadalığın öhdəsindən məharətlə gəlirdi. Faiq Ağayev və digər müğənnilər səbəbkarlara xoşbəxtlik arzu etdilər. Biz də bu təblrikə qoşulub, gənclərə ailə səadəti arzulayırıq.

Xəbər lenti

Xəbər lenti