Azərbaycan, Bakı, 1 may /müx. TrendLife Cavid Osmanov/
Müğənni Natavan Həbibinin bacısı ailə qurduqdan sonra Natavan da boş oturmamaq qərarına gəlib. Əvvəllər adı tez-tez Elnurla hallanan müğənni, indi də Zamiqlə görünür. Bunun səbəbini aydınlaşdırmaq üçün TrendLife Natavana müraciət edib. "Bəli, biz bir-birimizi sevirik. Evlənmək haqqında düşünürük. Zamiqin qız pərəstişkarlarına üzümü tutub deyirəm ki, ondan gözlərini çəksinlər"-deyə, Natavan bildirib.