...

Azərbaycanda məhkəmə sisteminin yaxşılaşdırılması məqsədilə vəkillər üçün treninqlərin keçirilməsi zəruridir (video)

Cəmiyyət Materials 2 May 2008 20:04 (UTC +04:00)
Azərbaycanda məhkəmə sisteminin yaxşılaşdırılması məqsədilə vəkillər üçün treninqlərin keçirilməsi zəruridir (video)

Azərbaycan, Bakı, 02 may/ Trend , müxbir M.Əliyev/ "Azərbaycan Ali Məhkəməsinin rəhbəri Ramiz Rzayevlə görüşdə qeyd etdim ki, məhkəmə sisteminin yaxşılaşdırılması məqsədilə hakimlər üçün treniqlərin keçirilməsindən əlavə, vəkillər üçün də treninqlərin keçirilməsi vacibidr". Bu barədə cümə günü, Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında Avropa Məhkəməsinin rəhbəri Jan-Pol Kosta məlumat verib.

Kosta vurğulayıb ki, Azərbaycan parlamentinin spikeri Oktay Əsədovla görüşdə lazımi qərarların qəbulu üçün qanunvericilik bazasının yaxşılaşdırılmasına zərurətin olduğunu qeyd edib.

Avropa Məhkəməsinin başçısı indiyədək Avropa Məhkəməsinin Azərbaycana dair 12 qərar qəbul etdiyini qeyd edib.

"Mən əminəm ki, bu rəqəm artacaq və bu, məhkəmə sisteminin qanunvericilik bazasının yaxşılaşmasına xidmət edəcək", - Kosta bildirib.

Görüşün sonunda o, "Azərbaycanın məhkəmə sisteminin ən yüksək səviyyədə olacağına" ümid etdiyini bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti