...

Meyxanaçı Namiq Qaraçuxurlu sabah "Dedi-qodu"suna təqdimat keçirəcək

Cəmiyyət Materials 5 May 2008 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /müx.TrendLife Şahin Cavadsoy/

Meyxanaçı Namiq Qaraçuxurlu mayın 6-da yeni işıq üzü görən "Dedi-qodu" musiqi albomunun tanıtımı olacaq. Bu haqda TrendLife-a sənətçinin prodüseri Ataş məlumat verib: "Namiqin yeni albomu "Dedi-qodu" adlanır. Topluya 9 musiqili meyxana ilə yanaşı, "Şur muğamı" da daxil edilib. Lakin muğam dəstgahının sözlərini o, özü yazıb. Sabah "ATV"nin canlı yayımında N.Qaraçuxurlu duet ortağı Aygün Kazımovanın "Xeyir ola?" verilişində qonaq olub, yeni albomuna təqdimat keçirəcək. Pərəstişkarlar alboma daxil olan bir neçə musiqini dinləyə biləcəklər".

Namiq barəsində xəbərlər bununla bitmir. Prodüserinin sözlərindən o da məlum oldu ki, həftəsonuna qədər meyxanaçının "www.namiqqaracuxurlu" ünvanlı veb səhifəsi də fanatların istifadəsinə buraxılacaq: "Bu sayt, digər sənətçilərin internet ünvanlarından köklü şəkildə fərqlənəcək. Əminliklə söyləyirəm ki, sayt tam hazır olanda, bütün yuzerlər bunun şahidi olacaqlar".

Xəbər lenti

Xəbər lenti