...

Zamiq ad gününü səhnədə keçirəcək

Cəmiyyət Materials 6 May 2008 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /müx. TrendLife Günel Əhmədova

Müğənnilərin onlara məxsus xüsusi günləri səhnədə keçirmək ideyaları onları tamaşaçılarına daha yaxın edir. Bu ideyaya düşənlərdən biri də müğənni Zamiqdir. Sənətçinin TrendLife-a söylədiklərinə görə, ilk solo konsertinə hazırlaşır. Yaşıl Teatr, yaxud M.Maqomayev adına Filarmoniyanın səhnəsi üçün nəzərdə tutulan proqram onun doğüm günündə təqdim ediləcək:

"Konsert ideyası hələ bir neçə ay əvvəlin payına düşməli idi. Lakin müxtəlif yaradıcılıq planları layihəni təxirə saldı. Proqram üzərində hazırlıq işlərini dayandırmamışıq. Lakin indi sözügedən konsert məkanlarına müraciət etsək, bilirəm ki, tarix isti yay günlərindən birinə təyin ediləcək. Bunu nəzərə alıb, dostlarımla birlikdə layihənin ad günümdə keçirilməsi qənaətinə gəldik".

Müğənninin bildirdiyinə görə, onun doğum günü sentyabrın 12-ə təsadüf edir. Həmin tarixdən 6 gün sonra respublikada Musiqi Gününün keçirildiyini xatırladan müğənni layihəsinin məlum tarixin astanasında qeyd etmək niyyətinin məqsədəuyğun olduğunu bildirdi. Həmin tarixə kimi isə tamaşaçıları Zamiqin yeni klipini və bir neçə yeni bəstəkar mahnılarını dinləyəcəklər. Müğənni hazırda bir neçə bəstəkarla çalışdığını və yayın ritminə uyğun bəstələrin yazıldığını diqqətə çatdırdı.

Xəbər lenti

Xəbər lenti