Azərbaycan, Bakı, 13 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın çimərlik futbolu üzrə yığma komandası İspaniyanın Benidorm şəhərində keçirilən dünya çempionatının seçmə mərhələsində qələbə qazanıb. Bu barədə çərşənbə axşamı Trend a Azərbaycan Çimərlik Futbolu Federasiyasının (AÇFF) mətbuat xidməti məlumat verib.
Yığma komanda Norveçin çimərlik futbolçuları ilə görüşdən 3:2 hesablı qələbə ilə ayrılıb. Bundan əvvəlki görüşdə Azərbaycan yığma komandası İtaliya millisinə 2:4 hesabı ilə uduzub.
Çimərlik futbolu üzrə yığma komandaya braziliyalı baş məşqçi Qustavo Enrike Silva rəhbərlik edir.
Azərbaycan yığma komandası dünya çempionatının seçmə mərhələsinin Avropa zonasının C qrupunda mübarizə aparır. Yalnız 4 komanda dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq imkanına malikdir.
Yığma komanda bu gün qrupda sonuncu oyununu Yunanıstan millisinə qarşı keçirəcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]