Azərbaycan, Bakı, 15 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçisi Berti Foqts bu gün səhər Bakıya qayıdıb. Bu barədə cümə axşamı Trend a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov məlumat verib.
Foqts Azərbaycan yığma komandasının baş məşqçi vəzifəsinə bu ilin aprel ayının əvvəllərində təyin olunub. Ondan əvvəl komandaya makedoniyalı Qyoko Hacievski rəhbərlik edib.
Almaniyalı baş məşqçi vətəninə istirahət etməyə və yığmada işləmək üçün özünə köməkçilər seçməyə getmişdi.
Azərbaycan yığma komandası iyunun 1-də Bosniya və Hersoqovina komandası ilə səfərdə yoldaşlıq oyunu keçirəcək. İyunun 4-də Azərbaycanın milli futbolçuları Andorrada bu ölkənin yığma komandası ilə yoldaşlıq oyununda üz-üzə gələcək.
Foqtsun AFFA ilə bağladığı müqavilənin şərtlərinə görə, onun ayda azı bir həftə Azərbaycandan kənarda olmaq hüququ var.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]