...

YUNESKO Azərbaycanda texniki peşə təhsilinin inkişafı üçün 200 min manat ayırıb – nazir

Cəmiyyət Materials 15 May 2008 14:38 (UTC +04:00)
YUNESKO Azərbaycanda texniki peşə təhsilinin inkişafı üçün 200 min manat ayırıb – nazir

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir C.Babayeva/ YUNESKO Azərbaycanda texniki peşə təhsilinin inkişafını dəstəkləyəcək və bu məqsədlə 200 min manat ayrılıb. Bu barədə cümə axşamı Bakıda jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov məlumat verib.

YUNESKO, Azərbaycan hökuməti və Heydər Əldiyev Fondu ötən ilin yayında Azərbaycanda peşə təhsilinin inkişafını nəzərdə tutan layihənin reallaşdırılması planına dair birəgə müqavilə imzalayıblar.

Nazirin sözlərinə görə, Azərbaycan hökuməti öz növbəsində 50 min manat ayıracaq. Nazirin dünən bildirdiyinə görə, YUNESKO-nun vəsaitləri artıq təşkilatın Moskva ofisinə köçürülüb.

YUNESKO-nun baş direktoru Koitiro Matsuura bildirib ki, təşkilatın yardımını təkcə pul vəsaiti ilə qiymətləndirmək olmaz. "YUNESKO həmçinin Azərbaycanda texniki peşə təhsilinin inkişafına ekspert yardımı da göstərir", - deyə baş direktor bildirib.

Təhsil nazirinin sözlərinə görə, Azərbaycan YUNESKO-ya bir neçə təhsil sahəsinə yardım göstərilməsi ilə bağlı təklif edəcək. "YUNESKO yeni tipli məktəbəqədər təhsil müəssisələrinin yaradılması, ali məktəblərə akreditə, müəllimlərin qiymətləndirilməsi və fəaliyyətinin lisenziyalaşdırılması, müasir mexanizmlərin köməyi ilə təhsil müəssisələrində xarici dillərin tədrisi sahələrində yardım edə bilər", - deyə Mərdanov bildirib.

Ötən ilin iyul ayında Azərbaycan prezidenti İlham Əliyev 2007-2012-ci illərdə Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə sçrəncam imzalayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend

Xəbər lenti

Xəbər lenti