...

Azərbaycanın futbol klubunun rəhbərliyi AFFA-ya etiraz edib

Cəmiyyət Materials 26 May 2008 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının iştirakçısı olan "Qarabağ" klubunun rəhbərliyi "Olimpik"lə son turdakı oyunlarının saat 16.00-da başlamasına etiraz edib. Bu barədə bazar ertəsi klubun mətbuat xidməti bəyanat yayıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) "Olimpik" - "Qarabağ" oyununu stadion problemi yarandığı üçün saat 16.00-a təyin edib. Bu komandalar kimi "İnter" və "Qəbələ" klubları da "Şəfa" stadionunda oynadıqlarından problem yaranıb. "İnter" - "Qəbələ" oyunu saat 20.00-a təyin olunub. Hər iki oyun mayın 28-də keçiriləcək.

"Qarabağ" klubunun rəhbərliyi bildirib ki, oyun günorta saatlarına təsadüf etdiyindən bu, futbolçuların oyununa çox pis təsir edəcək. Klub rəsmiləri AFFA-ya oyunun başlanması vaxtının 16.00-dan 17.00-a dəyişməyi təklif ediblər.

Premyer-Liqanın sonuncu turunda keçiriləcək "Olimpik" - "Qarabağ" və "İnter" - "Qəbələ" oyunları Azərbaycan çempionunu müəyyənləşdirmək baxımından çox həmiyyətlidir.

Azərbaycan çempionluğu uğrunda mübarizə aparan "Olimpik" 58 xalla Premyer-Liqada liderdir. "İnter" klubu 55 xalla ikinci sırada yer alıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti