...

Çalışıram bütün azərbaycan filmlərini izləyim-kinorejissor Pavel Çuxray

Cəmiyyət Materials 2 İyun 2008 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /müx. TrendLife Eldar Hüseynzadə/

Şərq-Qərb" festivalında tanınmış rus kinorejissoru Pavel Çuxray da iştirak edirdi. Festival çərçivəsində onun keçən il lentə alınmış "Rus oyunu" filmi nümayiş olunacaq. İndi isə sizlərə onunla etdiyimiz müsahibəni təqdim edirik.

-Pavel Qriqoriviç, əgər səhv etmirməsə, bu sizin "Şərq-Qərb" festivalına ilk gəlişiniz deyil.

-Bəli, mən keçən il də bu festivala gəlmişdim. İlk müşahidə etdiyim şəhərinizin dəyişilməsi oldu. Bakı çox təmizlənib, memarlıq abidələri gözəl bərpa olunub. Küçələrdə insanların üzü gülür, bu da məni sevindirir.

-Müasir azərbaycan kinemotoqrafı haqqında nə düşünürsünüz?

-Çalışıram sizin bütün filmlərinizi izləyim. Deyəsən, filmləriniz o qədər də çox deyil. Hazırda "Hökümdar taleyi" filmi ilə çox maraqlanıram. Ramizin rejissor işini görməsəm də, gözəl ssenariçidir. Gənclik illrimiz bir yerdə keçib. Keçən il Murad İbrahimbəyovun "Üç qızlar" filmini izlədim. Çox bəyəndim. Ona görə çox sevinirəm.

-Azərbaycan kinosu deyəndə sizin yadınıza nə düşür?

-Çətin sual oldu. Heç vaxt bu nöqtəyi nəzərdən baxmamışam. Mənim üçün azərbaycan və gürcüstan kinemotoqrafı çox maraqlıdır. Açıq demək istəyirəm ki, sovet dövründə gürcü kinosu azərbaycan, erməni, kazax filmlərindən güclü olub. Gürcü kinemotoqrafları hətta bizim yerli kinemotqraflardan da güclü olublar. Təssüf ki, indi çox nadir hallarda gürcü filmlərini görürəm. Düşünürəm ki. onlarda da kino sahəsində vəziyyət yaxşı deyil.

-İndi bir çox rejissorlar müəllif yoxsa hansısa tanınmış əsəri ekranlaşdırmaq məsələsi ətrafında mübahisələr edirlər. Siz onlara nə məsləhət görərdiniz?

-Bilirsiniz, bu sual həmişə mənim üçün birmənalı həll edilmiş olub. Kinemotoqraf hər zaman müxtəlif olmalıdır. Mən psixoloji filmlər çəkirəm, amma sərgüzəştli, komediya filmlərini sevirəm. Müəllif filmlərini çəkmək çox çətindir. Əsas odur ki, kino təmiz və səmimi olsun. Görəndə ki, rejissor festival üçün film çəkir, həmin andaca film mənə maraqsız gəlir.

-Müsahibələrinizin birində demişdiniz ki, hazırda Rusiya kinosunda peşəkarlar çatışmır. Bu həqiqətən də belədir? Axı Rusiyada çox filmlə çəkilir.

-Bizim kinolarla maraqlı şeylər baş verir. Bu sahədə bir çox istedadlı rejissorlar, gənclər var. Amma bilmirlər ki, nə çəksinlər. Bu sahədən başı çıxmayanlar isə gəlib film çəkirlər, sərmayələr qoyurlar. Onlar ümumi kinematoqrafa mənfi təsir göstərirlər. Ya da çox aşağı səviyyədə seriallar çəkirlər. Məni belə hallar çox kədərləndirir.

-Siz o qədər də çox film çəkməmisiniz. Amma işə başlayanda sonda keyfiyyətli məhsul alınıb. Nəyə görə nadir hallarda çəkirsiniz?

-Mən artıq belə alışmışam. Var elə rejissorlar ki, bir-birinin ardınca maraqlı şeylər çəkirlər. Lakin mən belə deyiləm. Ssenarini hazırlayaram, oxuyandan sonra müasir tamaşaçı üçün aktual olmayan nəsə tapıram. Belə layihələr məndə çoxdur. Çox yavaş işləyirəm, açıq deyim ki, bu da məni heç sevindirmir. Belə işləmək olmaz. Hər zaman axtarışdayam, nadir hallarda işimi sona çatdırıram.

-Növbəti filminiz nə vaxt olacaq?

-Bilmirəm...

Xəbər lenti

Xəbər lenti