...

Azərbaycanda reket jurnalistikasının qarşısı tam alınacaq - Prezident Aparatının rəsmisi

Cəmiyyət Materials 20 İyun 2008 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun / Trend , müxbir E.Babayev/ Azərbaycan hakimiyyəti hesab edir ki, tezlklə ölkədə reket jurnalistikası aradan qalxacaq. "Reket jurnalistikası neqativ hallardan biridir. Düşünürük ki, Mətbuat Şurasının dəstəyi ilə və bilavasitə təşkilatçılığı ilə qısa müddət ərzində reket jurnalistikasını təmamilə aradan qaldıra biləcəyik", - bunu Prezidentin İcra Aparatının İctimai-siyasi şöbə müdiri Əli Həsənov deyib.

İki ilə yaxındaır ki, Mətbuat Şurası ölkədə reket jurnalistikası ilə mübarizəyə başlayıb. Bu məqsədlə jurnalistlərə Sarı kartlar paylanıb. Mətbuat Şurası dövlət qurumlarına tövsiyə edir ki, yalnız Sarı kartı olan jurnalistlərlə təmas qursunlar.

Həsənov bildirib ki, keçən il Mətbuat Şurasının "KİV haqqında" qanununa əlavə və dəyişikliklər edilərkən müəyyən tövsiyələr olub. "Bu tövsiyələrin bir qismi nəzərə alınıb və parlament tərəfindən qəbul edilib. Yəni Mətbuat Şurasının səlahiyyətləri xeyli dərəcədə artırılıb. Mətbuat Şurası neqativ hallarla mübarizə üçün əlavə səlahiyyətlər qazanıb", - deyən Həsənov bildirib ki, bu addım reket jurnalistikası ilə mübarizə üçün əlavə imkanlar yaradıb.

Xəbər lenti

Xəbər lenti