Azərbaycan, Bakı, 28 iyun / Trend / "Neftçi"nin İntertoto Kuboku çərçivəsində "Nitra" klubuna qarşı cavab qarşılaşması bakılıların məğlubiyyəti ilə başa çatıb. Lakin bu məğlubiyyət Azərbaycan klubuna yoluna davam etmək imkanı yaradıb. Belə ki, "Neftçi" rəqibə 1:3 hesabı ilə uduzub. İki oyunun nəticələrinə görə isə bu hesab məhz Demyanenkonun yetirmələrinə sərf edib.
"Nitra"nın aktivinə qolları Robert Semenik (21, 82 dəq.) və Adrian Çerman (46 dəq.) vurublar. Bakılıların heyətində isə görüşün 84-cü dəqiqəsində Joze fərqlənib.
Ötən həftə Bakıda keçirilən görüşdə "Neftçi" "Nitra"nı 2:0 hesabı ilə məğlub edib. Hər iki qol birinci hissədə vurulub. Onların müəllifləri Rəşad Sadıxovla Rəşad Sadiqov olub.
Beləliklə "Neftçi" növbəti mərhlədə oynamaq hüququ qazanıb. Burada Bakı klubu Belçikanın "Jerminal" komandası ilə üz-üzə gələcək. İlk oyun Belçikada keçiriləcək.
Məqalənin müəllifi ilə bu ünvan vasitəsi ilə əlaqə saxlamaq olar - [email protected]