...

Azərbaycanın "Qarabağ" futbol klubunun Türkiyəyə səfərində problem yaranıb

Cəmiyyət Materials 30 İyun 2008 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" futbol klubu Afrikadan olan oyunçularını təlim-məşq toplanışı keçəcəyi Türkiyəyə aparmaqda problemlə üzləşib. Bu barədə bazar ertəsi Trend -a "Qarabağ" klubunun mətbuat xidməti məlumat verib.

Afrikalı legioner futbolçular - Mamadouba Soumah və Viktor İbokoye viza problemi ilə üzləşdikləri üçün sabah "Qarabağ" komandası ilə Türkiyəyə gedə bilməyəcəklər. Bu futbolçular təlim-məşq toplanışına viza problemləri həll olunandan sonra qoşulacaqlar.

Klubun mətbuat xidmətinin verdiyi məlumata görə, "Qarabağ"ın Bakıdakı hazırlıq prosesində baxışdan keçən legioner futbolçuların hamısı geri qaytarılıb. Gürcüstan, Bolqarıstan, Braziliya, Rumıniya və Moldovadan olan futbolçuları baş məşqçi Rasim Kara bəyənməyib.

"Qarabağ" Türkiyədə iyulun 1-dən iyulun 22-dək təlim-məşq toplanışı keçəcək. Bu müddətdə komandanın düşərgəsinə Braziliya və Argentinadan olan futbolçular baxışa dəvət olunacaq.

Xəbər lenti

Xəbər lenti