...

Azərbaycanı UEFA kubokunda təmsil edəcək futbol klubu itki ilə üzləşib

Cəmiyyət Materials 16 İyul 2008 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanı UEFA kubokunda təmsil edəcək "Xəzər-Lənkəran" futbol klubu ciddi itki ilə üzləşib. Bu barədə Trend -a çərşənbə günü klubun mətbuat xidməti məlumat verib.

Komandanın Braziliyadan olan futbolçusu Junior Osvadlo dünən keçirilən məşqdə zədələnib və iki həftəliyə sıradan çıxıb. O, "Xəzər-Lənkəran"ın UEFA kuboku çərçivəsində iyulun 17-də Bakıda Polşanın "Lex" komandası ilə görüşündə iştirak edə bilməyəcək.

Osvaldo "Xəzər-Lənkəran"ın aparıcı futbolçularındandır. Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçunun ən böyük problemi zədəyə meylli olmasıdır.

"Xəzər-Lənkəran" klubunun digər bir braziliyalı futbolçusu - Denis Silva da zədəli olduğundan, onun "Lex"lə ilk oyunda meydana çıxması sual altındadır.

Xəbər lenti

Xəbər lenti