...

Azərbaycanın "Qarabağ" klubu Zaur Ramazanov və Emin İmaməliyevi transfer edib

Cəmiyyət Materials 9 Avqust 2008 15:27 (UTC +04:00)
Azərbaycanın "Qarabağ" klubu Zaur Ramazanov və Emin İmaməliyevi transfer edib

Azərbaycan, Bakı, 9 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" futbol klubu "Xəzər Lənkəran"ın hücumçusu Zaur Ramazanov və "İnter" klubunun yarımmüdafiəçisi Emin İmaməliyevi transfer edib. Bu barədə şənbə günü Trend -a "Qarabağ" klubunun mətbuat xidmətindən məlumat verilib.

Trend -un arayışı: Türkiyəli baş məşqçi Rasim Kara bir neçə gün əvvəl gözlənilmədən "Qarabağ"dan ayrılaraq, "Xəzər-Lənkəran" klubu ilə müqavilə bağlayıb. Onun bu addımı "Qarabağ" klubunun rəhbərliyinin narazılığına səbəb olub.

Karadan sonra "Qarabağ" baş məşqçi postuna Qurban Qurbanovu gətirib. Qurbanov kluba yeni oyunçuların gətirilməsi üçün transfer siyasətini həyata keçirir.

Mətbuat xidmətinin məlumatına görə, klub hər iki oyunçu ilə bir illik müqavilə imzalayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti