...

Türkmənistan klubu azərbaycanlı futbolçuları icarəyə götürüb

Cəmiyyət Materials 12 Avqust 2008 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir R.Ergün/ Türkmənistanın "Nebitçi" klubu üç azərbaycanlı futbolçunu bir illik icarəyə götürüb. Bu barədə Trend -a futbolçulara yaxın mənbələr məlumat verib.

Azərbaycanlı futbolçular - Ruslan Musayev, Rəşad Muradov və Emil Paşayev "Nebitçi"yə "Karvan" klubu tərəfindən icarəyə verilib. Hər üç futbolçu Azərbaycan Premyer-Liqasının sonuncu mövsümündə "Gənclərbirliyi" klubunda çıxış edib.

Türkmənistanda çempionat avqustun 16-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti