...

Azərbaycanın Neftçala rayonunda müasir modul tipli sutəmizləyici qurğu istifadəyə verilib

Cəmiyyət Materials 29 Avqust 2008 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Neftçala rayonunun Qaraqaşlı kəndində bu gün müasir texnologiya əsasında İtaliya, ABŞ, Almaniya və Belçika istehsalı olan avadanlıqlarla təchiz olunmuş sutəmizləyici qurğu istifadəyə verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cümə günü Trend -a verilən məlumata əsasən, Qaraqaşlı kəndinin 1050 nəfər əhalisi 8 bulaq vasitəsilə gün ərzində 20 kubmetr su təmizləmə gücünə malik modul tipli qurğuda təmizlənmiş içməli sudan istifadə edəcək.

Trend -un arayışı: Azərbaycan prezidenti tərəfindən 2007-ci il 20 iyun tarixində təsdiq olunmuş "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" Sərəncamda Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi nəzərdə tutulub. Sərəncamın icrası nəticəsində keyfiyyətli su imkanları məhdud olan 100 kənddə modul tipli sutəmizləyici qurğuların quraşdırılması hesabına 163 min kənd əhalisinə verilən suyun Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun təmizlənməsi nəzərdə tutulur.

Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində artıq 2007-ci ildə Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının içməli sudan əziyyət çəkən 50 yaşayış məntəqəsinin 55 mindən çox əhalisi içməli su ilə təmin olunub. Daha 12 rayonun 50 yaşayış məntəqəsinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti