...

Uşaq Hüquqları Ombudsmanlarının Avropa Şurasının 12-ci illik konfransı keçiriləcək

Cəmiyyət Materials 1 Sentyabr 2008 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr/ Trend , müxbir K.Zərbalıyeva/ Sentyabrın 3-5-də İrlandiyanın paytaxtı Dublin şəhərində 26 ölkənin uşaqlar üzrə müstəqil qurumlarını birləşdirən  Uşaq haqları Ombudsmanları Avropa Şəbəkəsinin (ENOC) 12-ci illik konfransı keçiriləcək.

Beynəlxalq tədbirdə müxtəlif ölkələrin dövlət və ictimai xadimləri, insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində nüfuzlu beynəlxalq ekspertlər, milli insan hüquqları təsisatlarının təmsilçiləri, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Azərbaycan Ombudsman Aparatının mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, respublikamızı bu tədbirdə Ombudsman Elmira Süleymanova təmsil edəcək.

Uşaq Ombudsmanlarının Avropa Şəbəkəsinin məqsədi Uşaq Haqları Konvensiyasının mümkün qədər həyata keçirilməsinə yardımçı olmaq, uşaq hüquqlarının təmin olunması üçün kollektiv lobbiçiliyi dəstəkləmək, həmçinin, uşaqlar üçün səmərəli müstəqil qurumların inkişafını təbliğ etməkdən və digər tədbirlərdən ibarətdir.

Beynəlxalq konfransın iştirakçıları uşaq hüquqlarının təmin olunması və müdafiəsi, bu sahədə uşaq Ombudsmanlarının fəaliyyəti və digər mövzularda müzakirələr keçirəcək, təcrübə və məlumat mübadiləsi aparacaqlar.

Мüəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti