...

Azərbaycanlı futbolçunun çıxış etdiyi Türkiyə klubu ilə azarkeşlər arasındakı problem həll olunub

Cəmiyyət Materials 17 Oktyabr 2008 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu İlqar Qurbanovun çıxış etdiyi Türkiyənin "Boluspor" klubu ilə komandanın azarkeşləri arasındakı problem həll olunub. Bu barədə Türkiyə mətbuatı xəbər verib.

"Boluspor"un Türkiyədə çox məşhur olan "Yarenler" adlı azarkeş qrupunun üzvləri komandanın məşq etdiyi stadiona gedərək, futbolçulara paxlava paylayıblar.

Türkiyə çempionatının birinci liqasında mübarizə aparan "Boluspor" ilə azarkeşlər arasında münasibətlərin pozulmasının səbəbi komandanın uğursuz çıxış etməsi olmuşdu. Birinci liqanın ilk turlarında uğursuz çıxış edən komanda son oyunlarda qənaətbəxş nəticələr qazanıb.

Qurbanov "Boluspor"a Türkiyənin Superliqa klubu olan "Sivasspor"dan transfer olunub. Azərbaycan yığma komandasının da üzvü olan futbolçu əvvəllər İstanbulun "Fənərbaxça", Lənkəranın "Xəzər-Lənkəran" klublarında çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti