...

Azərbaycanda beynəlxalq standartlara cavab verən stadion istifadəyə veriləcək

Cəmiyyət Materials 29 Oktyabr 2008 12:27 (UTC +04:00)

Azərbaycan, Şəki, 29 oktyabr / Trend , müxbir X.Əliyeva/ Azərbaycanın Şəki şəhərində (paytaxt Bakıdan 320 kilometr şimal-qərbdə ) beynəlxalq standartlara çavab verən stadion istifadəyə veriləcək. Bu barədə çərşənbə günü Trend -a Şəki Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov məlumat verib.

İsgəndərov bildirib ki, stadionun bərpası işləri Gəncər və İdman Nazirliyinin sifarişi və maliyyə dəstəyi hesabına həyata keçirilib.

Regionların sosial iqtisadi inkişafı proqramı çərçivəsində stadionun bərpası üçün 600 min manat vəsait ayrılıb.

Beynəlxalq standartlara cavab verən stadionda 3500 oturacaq yerləşdirilib.

Azərbaycan Premyer-Liqasında və birinci divizionda Şəkinin komandası iştirak etmir.

Hazırda Azərbaycanın Lənkəran, Zaqatala, Yevlax, Qəbələ kimi rayonlarında yeni stadionlar fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti