...

Azərbaycanın Ombudsman Aparatının əməkdaşları həbsdəki jurnalistlərlə görüşüblər

Cəmiyyət Materials 30 Oktyabr 2008 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir S.Kazımlı/ Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığı əsasında Ombudsman Aparatının əməkdaşları cümə axşamı həbsdəki jurnalistlərlə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan "Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakitlə görüşüblər. Məlumata görə, Sakit müəssisənin əməkdaşı tərəfindən döyüldüyünü və adı çəkilən müəssisədə özünə qarşı qərəzli münasibət bəslənildiyini deyib. "Sakitin iştirakı ilə müəssisə rəhbərliyi və əməkdaşları ilə söhbətdə onlar Sakitə qarşı qanunsuz olaraq güc tətbiq edilmədiyini bildiriblər",- mətbuat xidmətinin məlumatında qeyd olunur. Məlumatda bu məsələnin Ədliyyə Nazirliyi tərəfindən araşdırıldığı qeyd edilib.

Azərbaycanda 4 jurnalist həbsdədir.

Məlumatda əlavə edilib ki, Ombudsman Aparatının əməkdaşları 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən "Gündəlik Azərbaycan" və "Realniy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüş zamanı o, səhhəti ilə bağlı şikayət etməyib, bir qədər əvvəl bu müəssisədə digər məhkumla probleminin olduğunu bildirib. Fətullayev həmin məsələnin artıq yoluna qoyulduğunu və hazırda cəzaçəkmə müəssisəsi ilə bağlı problemin olmadığını bildirib. "Fətullayev ehtiyacı olan qəzetlərin alınmasında kömək göstərilməsini Ombudsmandan xahiş etdib". Fətullayevin də iştirak etdiyi söhbət zamanı cəzaçəkmə müəssisəsinin rəisi onun həyatına hər hansı bir təhlükənin olmadığını deyib.

Məlumatda bildirilir ki, müvəkkil hər iki məhkumun qaldırdığı məsələlərlə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Sakitin bu günlərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti