...

Azərbaycanlı şahmatçı beynəlxalq turnirdə 3 - cü yeri tutub

Cəmiyyət Materials 15 Dekabr 2008 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Eltac Səfərli İspaniyanın Malyorka şəhərində keçirilən beynəlxalq turnirdə 3 - cü yeri tutub. Bu barədə Trend - a Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidməti məlumat verib.

Mükafat fondu 12350 avro olan turnirdə Səfərli ilə yanaşı, Vasif Durarbəyli də iştirak edib.

Durarbəyli 6 xalla turnirin 15 - cisidir.

Beynəlxalq turnirdə müxtəlif ölkələri təmsil edən 126 şahmatçı iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti