...

Azərbaycanın "Neftçi" klubunun futbolçuları tibbi müayinədən keçəcəklər

Cəmiyyət Materials 24 Dekabr 2008 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dеkаbr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan Premyer-Liqasının birinci dövrəsindən sonra istirahətə yollanan "Neftçi" klubunun üzvləri sabah istirahətlərini başa vuracaqlar. Bu barədə çərşənbə günü Trend -a "Neftçi"nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, yerli futbolçular dekabrın 25 - 26 - da Mərkəzi Neftçilər Xəstəxanasında tibbi müayinədən keçəcəklər.

Hazırda vətənlərində olan komandanın legioner futbolçuları 2009-cu il yanvarın 5- 6 - da tibbi müayinədən keçiriləcəklər.

Hesabında 13 xalı olan "Neftçi" Azərbaycan Premyer - Liqasının birinci dövrəsini 8 - ci pillədə başa vurub.

"Neftçi"nin baş məşqçisi almaniyalı Hans Yurgen Gededir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti