...

Gürcüstan azərbaycanlıları "Qırmızı körpü" NBM-də etiraz aksiyası keçiriblər

Cəmiyyət Materials 17 Yanvar 2009 14:42 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 yanvar / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan sərhədində, Azərbaycanla həmsərhəd zrazidə yerləşən "Qırmızı körpü" nəzarət-buraxılış məntəqəsinin (NBM) yaxınlığında 200-ə yaxın Gürcüstan azərbaycanlısı aksiya keçirib. Onlar bir neçə il əvvəl bağlanmış bazarın bərpa edilməsini tələb ediblər.

Üç respublika sakinləri Gürcüstan ərazisində "Qırmızı körpü" NBM-nin yanında yerləşən

bu bazarda ticarət edirdilər. Bir neçə il əvvəl bazar vasitəsilə qadağan olunmuş mallar tədarük edildiyindən bazar bağlanıb. 

Aksiya iştirakçıları bu ərazidə ticarətin təşkilinə yardım edilməsi üçün Gürcüstan prezidentinə müraciət ediblər.

Statistikaya əsasən, Gürcüstanın əsas əhalisi (70 faiz) - gürcülərdir. Gürcüstanda həmçinin ermənilər (380 min), azərbaycanlılar (350 min), ruslar (207 min), osetinlər (150 min), abxazlar (100 min), yunanlar (80 min), kürdlər, udinlər, avarlar, kistinlər də yaşayırlar.

Qeyri-rəsmi məlumatlara əsasən, Gürcüstanda 500 minə yaxın azərbaycanlı yaşayır, onlar əsasən Kvemo-Kartli (Borçalı) rayonunda məskunlaşıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti