Azərbaycan, Bakı, 27 yanvar / Trend Life, Eldar Hüseynzadə/ Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan-Kuba dövlətlərarası komissiyasının həmsədri təyin olunub. Mədəniyyət və Turizm Nazirliyindən Trend Life-a məlumat verilib ki, bu, prezident İlham Əliyevin, prezidentin sərəncamlarına əlavə və dəyişikliklərin edilməsi göstərişi çərçivəsində həyata keçirilib.
Hazırda Azərbaycan-Kuba dövlətlərarası komissiyasının növbəti iclasının təşkili barədə danışıqlar gedir.
Kubanın Azərbaycandakı səfirliyinin rəsmi açılışı ötən ilin sentyabrın 2-də keçirilmişdi.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]