Azərbaycan, Bakı, 03 fevral/ Trend Life, müxbir Eldar Hüseynzadə/
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Musiqili Komediya teatrının aktrisası Emma Məlikovanın 60 illik yubleyi münasibəti ilə mükafatlandırılması barədə sərəncam verib.
Teatrdan Trend Life-a verilən məlumata görə, Məlikova 30 ildən artıqdır ki, fəaliyyət göstərir. O, "Nə olsun ki?" (Nargilə), "Görüşənədək" (Jalə), "Qızıl toyda" (Ballı), "Özümüz bilərik" (Nabat), "Ulduzlar barışanda" (Leyla), "Qaynana" (Mülayim), "Kələkbazlar" (Səməni) və s. kimi tamaşalarda iştirak edib.
Hazırda aktrisa "Şəhərdə manyak var" tamaşası üzərində işləyir. Tamaşa mövsümün sonunda teartın 100 illiyinədək səhnəyə qoyulacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]