...

Polşa Azərbaycanlıları Assosiasiyası yaradılır

Cəmiyyət Materials 2 Mart 2009 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir C.Babayeva /  Polşa Azərbaycanlıları Assosiasiyasının yaradılması istiqamətində hazırlıq görülür. Assosiasiyanın yaradılmasında məqsəd Polşada yaşayan azərbaycanlıların təşkilatlanma səviyyəsini daha da yüksəltmək və bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının vahid mərkəzdən koordinasiyasına nail olmaqdır.

Assosiasiyanın təsis konfransının Varşavada keçirilməsi nəzərdə tutulub, - bazar ertəsi Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib.

Assosiasiyanın yaradılması barədə, Polşaya ezam olunan Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının Varşava Universitetində azərbaycanlılarla keçirdikləri görüşdə ətraflı müzakirələr aparılıb. Dövlət Komitəsinin əməkdaşları Polşada yaşayan və işləyən azərbaycanlıların problemləri ilə də maraqlanıblar. Bu ilin aprel ayında keçirilməsi planlaşdırılan Polşadakı azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyasında diaspor təşkilatlarının roluna dair konfrans barədə fikir mubadiləsi aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti