...

TREND İnformasiya Agentliyi Azərbaycan-Rusiya əlaqələrinin inkişafına verdiyi töhfəyə görə "Proqres" mükafatına layiq görülüb

Cəmiyyət Materials 3 İyul 2009 19:45 (UTC +04:00)
TREND İnformasiya Agentliyi Azərbaycan-Rusiya əlaqələrinin inkişafına verdiyi töhfəyə görə "Proqres" mükafatına layiq görülüb

TREND İnformasiya Agentliyi "Azərbaycan-Rusiya əlaqələrinin inkişafına və Avrasiya regionunda vahid informasiya məkanının formalaşdırılmasına verdiyi töhfəyə görə" cümə günü "Proqres" mükafatına layiq görülüb. Mükafatı TREND-in beynəlxalq əməkdaşlıq üzrə direktoruna Azərbaycan-Rusiya işgüzar əməkdaşlıq palatasının idarə heyətinin sədr müavini Gündüz Həmzəyev təqdim edib.

"Proqres" mükafatı Rusiyanın Azərbaycandakı səfirliyi və RF-nin Azərbaycandakı Ticarət nümayəndəliyi tərəfindən Azərbaycan-Rusiya işgüzar əməkdaşlıq palatası ilə birlikdə təsis edilib. "Proqres" 2008-ci ilin yekunlarına əsasən Azərbaycan-Rusiya ticari-iqtisadi münasibətlərin ən yaxşı iştirakçılarından biri kimi TREND-ə təqdim edilib.

TREND İnformasiya Agentliyi iyun ayında rus dili və mədəniyyətinin qorunması, vahid ümumdünya rusdilli məkanın inkişafı, humanitar əlaqələrin dəstəklənməsi və möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə Rusiyanın Baş naziri Vladimir Putin tərəfindən RF hökumətinin fəxri fərmanı ilə təltif edib.

2006 və 2007-ci illərin yekunları üzrə TREND İnformasiya Agentliyi "Azərbaycanın kütləvi informasiya vasitələri" nominasiyasında "İlin ən yaxşı şirkəti" mükafatına layiq görülüb. TREND, həmçinin "İlin eksklüziv informasiya agentliyi" nominasiyasında milli "Brand Award Azerbaijan - 2008" mükafatı ilə də təltif edilib. 2008-ci ildə TREND İnformasiya Agentliyi "XI Avrasiya Teleforumu çərçivəsində "İnformasiya tərəfdaşlığının uğurlu media-menecmentinə görə" nominasiyasında "Avrasiya İnternet-məkanda" xüsusi elektron KİV müsabiqəsinin qalibi olub.

TREND İnformasiya Agentliyi 1995-ci ildə Azərbaycanda yaradılmış özəl beynəlxalq informasiya agentliyidir, Qafqaz və Xəzəryanı regionda aparıcı xəbər tədarükçüsüdür.

Xəbər lenti

Xəbər lenti