...

Azərbaycanın qərbində qanunsuz dini ədəbiyyat müsadirə olunub

Cəmiyyət Materials 24 İyul 2009 13:32 (UTC +04:00)
Azərbaycanın qərbində qanunsuz dini ədəbiyyat müsadirə olunub.
Azərbaycanın qərbində qanunsuz dini ədəbiyyat müsadirə olunub

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın qərbində qanunsuz dini ədəbiyyat müsadirə olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, Qax rayon polis şöbəsi və Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi əməkdaşları tərəfindən rayon sakini Firuz Mustafayevin evindən 45 adda müxtəlif dillərdə çap olunmuş, yayılması qadağan edilən dini kitablar, 1 ədəd audio kaset, 16 ədəd CD və DVD disklər aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Trend -un arayışı: Azərbaycanda 2008-ci ildə dini dözümsüzlüyü və ayrı-seçkiliyi təbliğ edən 59 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, əvvəlki illərin statistikasının təhlili son vaxtlar ölkəyə zərərli dini ədəbiyyatın idxalının və yayılmasının azaldığını göstərir. Bu faktı Komitədə ekspertizadan keçirilən dini kitabların arasındakı zərərli dini ədəbiyyatın sayı da təsdiqləyir.
Ötən il 102 dini icma dövlət qeydiyyatından keçib və beləliklə ölkədə fəaliyyət göstərən dini qurumların sayı 533-ə çatıb.
2008-ci ildə qeydiyyata alınan dini icmaların 101-i islam, biri isə qeyri-islam təmayüllü Sumqayıt şəhərində fəaliyyət göstərən "Kübar" yəhudilər dini icmasıdır.



Məqalə muüllifi ilə əlaqə unvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti