Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir C.Babayeva /
Bakının 132 və 134 saylı məktəblərinin şagirdləri digər təhsil müəssisələrinə köçürüləcəklər.
"Bu məktəblər ölkənin nümunəvi məktəblərindən birinə və muzey-məktəblərə çevriləcək. Onlarda təmir-yenidənqurma işləri aparılır. Qarşıdakı tədris ilində bu məktəblərin tələbələri digər məktəblərə köçürüləcək. Təmir işləri başa çatan kimi onlar öz məktəblərinə qayıda biləcəklər", - cümə axşamı jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.
Nazir bilirib ki, məktəblər 2010-2011-ci tədris ilində açılacaq.
Azərbaycanda tədris ili sentyabrın 15-də başlayır.