Əfqanıstanın hazırkı Prezidenti Həmid Kərzayi bülletenlərin 91,6 faizinin hesablanması zamanı 54,1 faiz səs toplayıb. Bu barədə canlı efirdə BBC telekanalı məlumat verib.
Şərtlərə əsasən, qələbə əldə edən namizəd ikinci turda iştirak etməmək üçün səslərin ən azı 50 faizini toplamalıdır.
Avqustun 20-də Əfqanıstanda keçirilən prezident seçkilərində Kərzayinin əsas rəqibləri sabiq xarici işlər naziri Abdulla Abdulla və sabiq maliyyə naziri Əşrəf Qəni Əhmədzi olub.