...

Azərbaycan XİN Türkiyənin NTV telekanalının jurnalistini akkreditasiyadan məhrum edib

Cəmiyyət Materials 30 Sentyabr 2009 19:10 (UTC +04:00)
Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyənin NTV telekanalının Azərbaycandakı jurnalisti Ramin Abdullayevi akkreditasiyadan məhrum edib. Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov çərşənbə günü bildirib.
Azərbaycan XİN Türkiyənin NTV telekanalının jurnalistini akkreditasiyadan məhrum edib

Azərbaycan, Bakı, 30 sentyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyənin NTV telekanalının Azərbaycandakı jurnalisti Ramin Abdullayevi akkreditasiyadan məhrum edib. Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov çərşənbə günü bildirib.

"Dağlıq Qarabağın Xarici İşlər Nazirliyi" akkreditasiyasını alan NTV telekanalının (İstanbul) baş ofisinin çəkiliş qrupunun işğal altında olan Dağlıq Qarabağa səfəri ilə əlaqədar olaraq Azərbaycanın Xarici İşlər Nazirliyi sentyabrın 25-də Türkiyənin Azərbaycandakı səfirliyinə nota təqdim edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti