...

Türkiyə-Ermənistan milli futbol komandaları arasında keçiriləcək oyuna biletlər nəzarət altında paylanılır - Bursa meri

Cəmiyyət Materials 13 Oktyabr 2009 15:05 (UTC +04:00)
"Türkiyə-Ermənistan milli futbol komandaları arasında keçiriləcək oyunun biletlərinin böyük ehtimalla pulsuz, amma xüsusi nəzarət qaydalarına riayət edilməsi şərti ilə paylanılması üzərində qərarlaşmışıq", - Bursa meri Şahabettin Harput oyunöncəsi jurnalistlərə açıqlamasında bildirib, məlumatı Türkiyənin "Hürriyət" qəzeti yayıb.
Türkiyə-Ermənistan milli futbol komandaları arasında keçiriləcək oyuna biletlər nəzarət altında paylanılır - Bursa meri

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir Ş.Cavadsoy/

Türkiyə-Ermənistan milli futbol komandaları arasında Bursada keçiriləcək oyunda baş verə biləcək hər hansı insidentin qarşısını almaq üçün biletlər nəzarət edilərək paylanılır.

"Türkiyə-Ermənistan milli futbol komandaları arasında keçiriləcək oyunun biletlərinin böyük ehtimalla pulsuz, amma xüsusi nəzarət qaydalarına riayət edilməsi şərti ilə paylanılması üzərində qərarlaşmışıq", - Bursa meri Şahabettin Harput oyunöncəsi jurnalistlərə açıqlamasında bildirib, məlumatı Türkiyənin "Hürriyət" qəzeti yayıb.

Türkiyə-Ermənistan milli futbol komandaları arasında oyun oktyabrın 14-də keçiriləcək.

Bursa meri bildirib ki, Türkiyə və Ermənistan arasında baş tutacaq futbol yarışı, iki ölkə arasında davam edən siyasi münasibətlərdə həm önəmli mərhələ olacaq, həm də yeni bir dövrün başlanğıcına zəmin yaradacaq.

Mer əminliklə vurğulayıb ki, "centlemencəsinə" oynanılacaq bu oyun, Bursadan dünya ictimaiyyətinə tutarlı mesaj kimi xarakterizə olunacaq. Onun sözlərinə görə, bütün təşkilatı işlər də yüksək səviyyədə sona çatdırılıb.

"Oyun zamanı 3 minə yaxın polis iş başında olacaq. Azərkeşlərin türk bayrağı və bayrağın rəmzləri qırmızı-ağ rəngləri özündə əks etdirən geyimlərindən başqa, hansısa plakatları, sağlamlığa zərər verə biləcək əşyaları özləri ilə tribunalara keçirəcəklərinə icazə verilməyəcək", - Harput vurğulayıb.

Futbol maçtı ilə əlaqədər "Bursaspor" futbol komandasının tərəfdarlarının təmsilçiləri ilə görüşdüyünü qeyd edən Haprut "Dövlətimizin və Bursanın üzünü qızardacaq, başını aşağı əyəcək hərəkəti nə edər, nə də buna şərait yaradarıq", - deyərək, meri olduğu vilayətin futbol komandasının tərəfdarlarına güvəndiyini bildirib.

Bursa meri Harput Azərbaycan vətəndaşlarının oyunu Azərbaycan bayraqları ilə seyr etmək istəklərindən də danışıb.

"Türkiyədə fəaliyyət göstərən bəzi Azərbaycan dərnəklərinin nümayəndələri, Azərbaycanın Ankaradakı Səfirliyi və İstanbuldakı Baş Konsulluğunun əməkdaşları, eləcədə azərbaycanlı tələbələr oyunu izləmə üçün Azərbaycan bayraqlarları ilə stadiona gəlmək niyyətində olduqlarını söylədilər. Onlara Bursadan olan bəzi vətəndaşlarımız da qoşulublar", - mer deyib.

Harput deyib ki, bu, Azərbaycanla Türkiyənin işbirliyi halında yürütdükləri mücadilə deyil. Bu səbəbdən də dolayısı ilə Azərbaycan bayraqları ilə azərkeşlərin stadiona gəlişi böyük bir səhv olar.

"Bəzi fitnəkarlar oyunun məğzini səhv istiqamətə çəkmək istəyirlər ki, iki qardaş ölkə arasında dost münasibətləri pozulsun və həm Azərbaycan, həm də Türkiyə siyasi müstəvidə qarşılıqlı olaraq zərər çəksin. Əgər azərbaycanlılar türkləri sevirsə, stadiona Azərbaycan bayrağı ilə gəlmək fikirlərindən imtina etməlidirlər. Əgər həqiqətən də oyunu izləməyə gəlmək istəyən azərbaycanlılar varsa, türk vətəndaşlarının sırasına qatılıb, əllərinə Türkiyə bayraqları götürərək dəstək göstərə bilərlər. Türkiyə xaricində Azərbaycanla bağlı hansısa şüarın və ya mesajın səslənməyəcəyi təqdirdə, bütün azarkeşlər kimi stadionun qapıları azərbaycanlıların da üzünə açıq olacaq. Amma Azərbaycan bayrağı və ya Azərbaycanın digər rəmzlərini özündə əks etdirən plakatların tribunalarda qaldırılmasına icazə verməyəcəyik", - Bursa meri deyib.

Bursa meri internet saytlarda yayılan bəzi mesajlara da münasibət bildirib. "Belə bir informasiya yayılıb ki, guya bir qrup şəxs əllərindəki Azərbaycan bayraqları ilə oyunun keçiriləcəyi stadionun qarşısında piket keçirəcəklər. Bu aksiyanın keçiriləcəyinə qəti şəkildə yol verməyəcəyik. Kimlərsə fintəkarlığa cəhd edərək, Türkiyə dövlətinin güc strukturlarını zor işlətməyə məcbur etməsin. Sadə vətəndaşlar davranışlarına diqqət yetirsinlər və oynunun normal atmosferini ləkələməsinlər", - o deyib.

İstanbuldan erməni mənşəli bir qrupun oyunu izləməyə gəlmək istədikləri haqda məlumat aldıqlarını dilə gətirən Harput bildirib ki, onlara da heç bir qadağa qoyulmayacaq. "Əgər futbol oyununa maneə yaratmayacaqlarsa, qoy gəlib izləsinlər", - o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti