...

Azərbaycanlı hakim Avropa çempionatının seçmə mərhələsinin oyununa təyinat alıb

Cəmiyyət Materials 2 Noyabr 2009 11:41 (UTC +04:00)
Trend News-un Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytına istinadən məlumatına görə, Asim Xudiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa şahidlik edəcək. Xudiyev noyabrın 13-də Sloveniyanın Novo Qoritsa şəhərində yerli komandanın Malta ilə matçında hakim-inspektor funksiyasını yerinə yetirəcək.
Azərbaycanlı hakim Avropa çempionatının seçmə mərhələsinin oyununa təyinat alıb

Azərbaycan, Bakı, 2 noyabr / Trend , müxbir F.Hüseynli/

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Avropa çempionatının seçmə mərhələsinin oyununa təyinat alıb.

Trend -un Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytına istinadən məlumatına görə, Asim Xudiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa şahidlik edəcək. Xudiyev noyabrın 13-də Sloveniyanın Novo Qoritsa şəhərində yerli komandanın Malta ilə matçında hakim-inspektor funksiyasını yerinə yetirəcək.

"Sportni Park" stadionunda baş tutacaq qarşılaşmanı yunanıstanlı hakimlər briqadası idarə edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti