...

Əfqanıstanda xidmət edən Azərbaycan hərbçiləri hərbi mükafatlarla təltif ediliblər

Cəmiyyət Materials 13 Noyabr 2009 18:22 (UTC +04:00)
Bu gün Rusiyanın Azərbaycandakı səfirliyində Əfqanıstanda xidmət edən azərbaycanlı hərbçilərin SSRİ hərbi mükafatları ilə təltif edilməsi mərasimi keçirilib. Mərasimdə Rusiya səfiri Vladimir Doroxin, Rusiyanın Azərbaycandakı hərbi attaşesi Aleksandr Moiseyev, Böyük Vətən müharibəsinin veteranları və başqaları iştirak ediblər.
Əfqanıstanda xidmət edən Azərbaycan hərbçiləri hərbi mükafatlarla təltif ediliblər

Azərbaycan, Bakı, 13 noyabr / Trend , müxbir E.Tariverdiyeva/

Bu gün Rusiyanın Azərbaycandakı səfirliyində Əfqanıstanda xidmət edən azərbaycanlı hərbçilərin SSRİ hərbi mükafatları ilə təltif edilməsi mərasimi keçirilib. Mərasimdə Rusiya səfiri Vladimir Doroxin, Rusiyanın Azərbaycandakı hərbi attaşesi Aleksandr Moiseyev, Böyük Vətən müharibəsinin veteranları və başqaları iştirak ediblər.

Mərasimdə Dağlıq Qarabağda Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olan Zeynalov Sahibin "Qırmızı ulduz" ordeni ilə təltif edilməsi bildirilib. Hərbi xidmətlərinə görə Ağayev Rəhim, Ağamirzə Səid, Talıbov Ənvər medallarla təltif edilib. Mükafatlar SSRİ prezidentinin 1989-1990-cı il tarixlərindəki fərmanına müvafiq olaraq təqdim olunub.

Mükafatları səfir Doroxin təqdim edib. O, iştirakçıları tarixi ədaləti bərpa etdiklərinə görə təbrik edib və igidlik göstərdiklərinə görə onlara təşəkkür edib.

Səfirin sözlərinə görə, o çox şaddır ki, hazırda Əfqanıstanda öz borclarını yerinə yetirən qəhrəmanlara lazımi qiymət verilir.

"Mən şadam ki, Rusiya Əfqanıstanda döyüşən sovet qəhramanlarının mükafatlandırılması ilə bağlı işi sona çatdırmağı qərar alıb. Bu insanları tapan və mükafatlandırılmalı olan insanların axtarışına davam edən səfirliyimizin də bu işdə töhfələri olub", - o deyib.

Doroxinin sözlərinə görə, bu, tarixi eyniliyini axtaran hər bir ölkə üçün vacib olduğu kimi, Rusiya üçün də çox vacibdir. Rusiya səfiri həmçinin qeyd edib ki, Azərbaycan və Rusiya bu məsələdə eyni mövqedədirlər.

Rusiya Əfqanıstanda döyüşən hərbçilərin igidliyini unutmayan Azərbaycan hökumətinin mövqeyini yüksək qiymətləndirir.

"Prezident İlham Əliyev Azərbaycanda yaşayan Əfqanıstanda döyüşmüş insanlara böyük diqqət ayırır, onlardan bir çoxu Azərbaycanın hərbi mükafatları ilə də mükafatlandırıblar", - səfir deyib.

Onun sözlərinə görə, bu, Azərbaycan və Rusiya əlaqələrində vacib məqamdır.

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyevin sözlərinə görə, hazırda Azərbaycanda 10 min nəfərə yaxın Əfqanıstanda döyüşmüş hərbçi yaşayır.

Xəbər lenti

Xəbər lenti