...

Azərbaycanlı bloggerlərin işi üzrə məhkəmənin qərarını yalnız Avropa Məhkəməsi dəyişə bilər - Prezident Administrasiyasının şöbə müdiri

Cəmiyyət Materials 16 Noyabr 2009 12:49 (UTC +04:00)
"İcraçı orqan kimi biz Azərbaycan məhkəməsinin fəaliyyətinə Adnan Hacızadə və Emin Milliyə dair qərarlar ilə əlaqədar müdaxilə edə bilmərik", - Azərbaycanın Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov bazar ertəsi jurnalistlərə bildirib.
Azərbaycanlı bloggerlərin işi üzrə məhkəmənin qərarını yalnız Avropa Məhkəməsi dəyişə bilər - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 16 noyabr / Trend , müxbir M.Əliyev/

"İcraçı orqan kimi biz Azərbaycan məhkəməsinin fəaliyyətinə Adnan Hacızadə və Emin Milliyə dair qərarlar ilə əlaqədar müdaxilə edə bilmərik", - Azərbaycanın Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov bazar ertəsi jurnalistlərə bildirib.

Onun sözlərinə əsasən, Azərbaycan Avropanın hüquqi sisteminə daxildir və məhkəmənin qərarı yaxın zamanda Avropanın insan haqları üzrə məhkəməsi tərəfindən ləğv edilə bilər. Bu məsələ ətrafında son zamanlar geniş vüsət alan müzakirələri Həsənov Hacızadə və Millinin beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi ilə əlaqələndirir. "Lakin qanun qarşısında hamı bərabərdir", - o əlavə edib.

Səbail rayon məhkəməsi Millini 2 il 6 ay və Hacızadəni isə 2 il müddətinə azadlıqdan məhrum edib.

Rəsmi məlumata görə, 2009-cu il iyulun 9-da, saat 18.00 radələrində içkili vəziyyətdə olan Hacızadə, habelə Milli (Abdullayev) və daha beş nəfər "Lebonese" restoran-barında ucadan etik normadan kənar nalayiq ifadələr işlətdiklərinə görə, onlara irad tutan vətəndaşlar Vüsal Məmmədov və Babək Hüseynova qarşı heç bir əsas səbəb olmadan fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətlərinə yol veriblər.

Onlar Cinayət Məcəlləsinin xuliqanlıq (221.2.1) və qəsdən sağlamlığa az ağır zərər vurma (127) maddələri ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti