...

Azərbaycanlı zəvvarlar arasında "donuz qripi"nə yoluxma halı qeydə alınmayıb

Cəmiyyət Materials 23 Noyabr 2009 12:52 (UTC +04:00)
"Bu il müqəddəs Həcc ziyarəti üçün Məkkəyə yollanan zəvvarların səhhətində indiyədək heç bir problem yaşanmayıb. Hacılar hamısı sağ-salamatdır", - deyə Həcc ziyarətində olan “Təzə Pir” məscidinin axundu Hacı Faiz Nağızadə bazar ertəsi telefonla Trend News-a bildirib.
Azərbaycanlı zəvvarlar arasında "donuz qripi"nə yoluxma halı qeydə alınmayıb

Azərbaycan, Bakı, 23 noyabr / Trend , müxbir T.Cəfərov/

Azərbaycanlı zəvvarlar arasında "donuz qripi"nə yoluxma halı yoxdur.

"Bu il müqəddəs Həcc ziyarəti üçün Məkkəyə yollanan zəvvarların səhhətində indiyədək heç bir problem yaşanmayıb. Hacılar hamısı sağ-salamatdır", - deyə Həcc ziyarətində olan "Təzə Pir" məscidinin axundu Hacı Faiz Nağızadə bazar ertəsi telefonla Trend -a bildirib.

Səudiyyə Ərəbistanı Həcc ziyarətinə gəlmiş 4 əcnəbi zəvvarın A/H1N1 virusundan ("donuz qripi") öldüyünü açıqlayıb. Ölənlər Sudan, Hindistan və Mərakeşdən olan yaşlı insanlar, biri isə Nigeriyadan olan qızdır.

Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyi onlardan heç birinin ziyarətdən əvvəl peyvənd olunmadığını bildirib. Nazirlik Həccə gələnlərin hamısını peyvənd olmağa çağırıb. Bundan başqa, yaşlı zəvvarlara və hamilə qadınlara ziyarətdən çəkinmək məsləhət görülüb.

Həcc ziyarəti noyabrın 25-də başlayacaq. Səudiyyə Ərəbistanına dünyanın müxtəlif guşələrindən 3 milyona yaxın zəvvarın gəlməsi gözlənilir.

Hacı Faiz əlavə edib ki, dünən axşam Azərbaycandan Məkkəyə uçan axırıncı təyyarə reysi hacıları Məkkə şəhərinə gətirib və avtobusla ziyarətə gedənlər də çatıblar. Onların səhhətində heç bir problem yoxdur.

"Heç bir nigarançılığımız yoxrur . Artıq "Ümrə " ziyarətlərini başa vurmuşuq və gözləyirik ki, ziyarətin ikinci mərhələsini yerinə yetirək", - deyə Hacı Faiz deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti