...

İranın Azərbaycandakı İmam Xomeyni İmdad Komitəsi Qurban bayramı münasibətilə xeyriyyə tədbiri keçirib

Cəmiyyət Materials 27 Noyabr 2009 12:57 (UTC +04:00)
"Bayram münasibətilə Bakının Suraxanı rayonunda müvəqqəti məskunlaşan qaçqın və məcburi köçkünlərə qurbanlıq qoyun əti paylanılıb", - Trend News-un məlumatına görə, cümə günü keçirilən tədbirdə komitənin Azərbaycandakı nümayəndəliyinin ümumi əlaqələr şöbəsinin müdiri Əlihüseyn Abbasov bildirib.
İranın Azərbaycandakı İmam Xomeyni İmdad Komitəsi Qurban bayramı münasibətilə xeyriyyə tədbiri keçirib

Azərbaycan, Bakı, 27 noyabr / Trend , müxbir A.Hüseynbala/

İranın Azərbaycandakı İmam Xomeyni İmdad Komitəsi Qurban bayramı münasibətilə xeyriyyə tədbiri keçirib.

"Bayram münasibətilə Bakının Suraxanı rayonunda müvəqqəti məskunlaşan qaçqın və məcburi köçkünlərə qurbanlıq qoyun əti paylanılıb", - Trend -un məlumatına görə, cümə günü keçirilən tədbirdə komitənin Azərbaycandakı nümayəndəliyinin ümumi əlaqələr şöbəsinin müdiri Əlihüseyn Abbasov bildirib.

Abbasovun sözlərinə görə, Bakıdan başqa Sumqayıt şəhərində və Göranboy rayonunda müvəqqəti məskunlaşan 900 qaçqın və məcburi köçkün ailələrinə 1800 kiloqram, himayəsində olan digər şəhid, əlil, tənha, kimsəsiz və aztəminatlı ailələrə 5000 kiloqram qurbanlıq qoyun əti paylanılıb. "Bundan əlavə, təşkilata qurbanlıq pay üçün müraciət edən 50-dən artıq qeyri-hökumət təşkilatlarına min kiloqrama yaxın qurbanlıq payı verilib", - şöbə müdiri əlavə edib.

İmam Xomeyni İmdad Komitəsi beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mahmud Seyyidi müqəddəs Qurban bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib.

İmam Xomeyni İmdad Komitəsi beynəlxalq humanitar təşkilatı artıq 16 ildir Azərbaycanda fəaliyyət gğstərir. Həmin müddətdə Azərbaycanın 45 rayon və 500-dən çox qəsəbə və kəndlərində yaşayan qaçqın, məcburi köçkün, əlil, şəhid, tənha və digər aztəminatlı ailələri himayəyə götürürək onlara pul, ərzaq, dava-dərman, ev təmiri, uzunmüddətli faizsiz kreditlərin verilməsi, ev əşyaları, məktəblərə məktəb ləvazimatı, ziyarət və ehtiyac duyulan digər sahələrdə təmənnasız yardımlar göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti