...

Azərbaycanda özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edib dələduzluq edənlərin məhkəməsi başlayıb

Cəmiyyət Materials 5 Yanvar 2010 16:29 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Səidə Bəxtiyar qızı Salayeva və Tahir İsa oğlu Məmmədovun cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Azərbaycanda özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edib dələduzluq edənlərin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 05 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxslərin məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Səidə Bəxtiyar qızı Salayeva və Tahir İsa oğlu Məmmədovun cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Sonra təqsirləndirilən şəxslər ifadə verib. Onlar özlərini təqsirli bilməyiblər.

Onlar Cinayət Məcəlləsinin dələduzluq (178.3.1, 178.3.2), vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə (310) maddələri ilə təqsirli bilinirlər.

Təqsirləndirilən şəxslər Bakı şəhər sakini Vaqif Qasımovu Milli Təhlükəsizlik Nazirliyinə işə düzəldəcəklərini vəd edərək, ondan 10 min ABŞ dolları alıblar və həmin pulu mənimsəyiblər.

Bundan başqa, təqsirləndirilən şəxslər Almaz Hüseynliyə məxsus Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi 35 B ünvanında iki otaqlı fərdi yaşayış evini sataraq, pulunu mənimsəyiblər.

Təqsirləndirilən şəxslər daha 8 nəfərin adına banklardan kredit götürərək, mənimsəyiblər.

Xəbər lenti

Xəbər lenti