...

Gürcüstanda "donuz qripi"ndən 24-cü ölüm faktı qeydə alınıb

Cəmiyyət Materials 21 Yanvar 2010 12:28 (UTC +04:00)
"Donuz qripi"ndən növbəti ölüm faktı qeydə alınıb. İki gün əvvəl Kutaisidə vəfat edən 48 yaşlı kişidə A/H1N1 virusu aşkar edilib.
Gürcüstanda "donuz qripi"ndən 24-cü ölüm faktı qeydə alınıb

Gürcüstan, Tbilisi, 21 yanvar / Trend , müxbir N.Kirsxaliya/

"Donuz qripi"ndən növbəti ölüm faktı qeydə alınıb. İki gün əvvəl Kutaisidə vəfat edən 48 yaşlı kişidə A/H1N1 virusu aşkar edilib. Bu, "donuz qripi"ndən 24-cü ölüm halıdır.

Xəstələrə Nəzarət üzrə Milli Mərkəzdən Trend -a verilən məlumata görə, bu vaxtadək virusa 1246 yoluxma halı laborator yolla təsdiq edilib.

Stasionarda yerləşdirilmiş xəstələrdən yeddisinin vəziyyəti ağırdır.

Lakin mərkəzdən verilən məlumata görə, ümumi göstəricilərə əsasən, qripin yayılmasının azalması planında yenidən müsbət tendensiya saxlanılır. Mütəxəssislər fevralda qripin növbəti yayılma dalğasının olacağını istisna etmirlər, lakin dekabrdakı kimi güclü olmayacaq.

Xəbər lenti

Xəbər lenti