...

Gürcüstanda Azərbaycan ali təhsil müəssisələrinin filialları yaradıla bilər

Cəmiyyət Materials 4 Mart 2010 17:44 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov və Kvemo Kartli vilayətinin qubernatoru David Kirkitadze Gürcüstanda Azərbaycan ali təhsil müəssisələrinin filiallarının yaradılması məsələsini müzakirə edib.
Gürcüstanda Azərbaycan ali təhsil müəssisələrinin filialları yaradıla bilər

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycanın təhsil naziri Misir Mərdanov və Kvemo Kartli vilayətinin qubernatoru David Kirkitadze Gürcüstanda Azərbaycan ali təhsil müəssisələrinin filiallarının yaradılması məsələsini müzakirə edib. Bu barədə Təhsil Nazirliyinin məlumatında deyilir.

Qubernatorla görüş zamanı nazir həmçinin Azərbaycanda gürcü dilinin tədris edilməsinin mümkünlüyünü müzakirə edib.

Mərdanov diqqəti xüsusi olaraq Azərbaycanın Qax, Balakən, Zaqatala rayonlarındakı gürcü məktəblərinə çəkib. Qubernator da öz növbəsində Gürcüstan hökumətinin Kvemo Kartlidəki Azərbaycan məktəblərinin təmir və inkişafına ayırdığı vəsait, Gürcüstandakı yeni təhsil konsepsiyası barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti