Azərbaycan ombudsmanı vətəndaşların Konstitusiyada təsbit olunmuş hüquqlarının müdafiəsinə çalışacağını bildirib

Cəmiyyət Materials 5 Mart 2010 13:25 (UTC +04:00)
Trend News-un məlumatına görə, ombudsman Elmira Süleymanova cümə günü jurnalistlərə müsahibəsində bildirib ki, fəaliyyəti dövründə mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının Konstitusiyada təsbit olunmuş hüquqlarının müdafiəsinə çalışaçaq.
Azərbaycan ombudsmanı vətəndaşların Konstitusiyada təsbit olunmuş hüquqlarının müdafiəsinə çalışacağını bildirib

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan ombudsmanı ikinci dəfə bu vəzifəyə seçilməsinin ombudsman təsisatının fəaliyyətinin birinci dövrünə verilən yüksək qiymət kimi dəyərləndirib.

Trend -un məlumatına görə, ombudsman Elmira Süleymanova cümə günü jurnalistlərə müsahibəsində bildirib ki, fəaliyyəti dövründə mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının Konstitusiyada təsbit olunmuş hüquqlarının müdafiəsinə çalışaçaq.

"Təbii ki, fəaliyyətimiz dövründə müəyyən çatışmazlıqlar, nöqsanlar da olub", - Süleymanova bildirib.

O, ikinci dəfə bu vəzifəyə seçilməsini parlamentin ona etimadi kimi qiymətləndirib və bundansonrakı fəaliyyətini daha da təkmilləşdirəcəyini deyib.

Milli Məclisin bu gün keçirilən iclasında 3 namizəd sırasından Elmira Süleymanova 106 səs lehinə, 7 səs əleyhinə olmaqla ombudsman seçilib.

Prezident İlham Əliyev Konstitusiyanın 109-cu maddəsinin 14-cü bəndinə uyğun olaraq, ombudsmanın seçilməsi üçün üç namizədin siyahısını Milli Məclisə göndərib.

Namizədlər hazırkı ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyi İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanov idi.

Xəbər lenti

Xəbər lenti