...

Ukrayna Milli operasında Azərbaycan muğam konserti olacaq

Cəmiyyət Materials 5 Mart 2010 15:59 (UTC +04:00)
Martın 12-də Ukrayna milli operasında Azərbaycan musiqisindən ibarət "Muğam Konserti" adlı gecə keçiriləcək. Konsertdə Azərbaycanın görkəmli musiqiçiləri Mənsum İbrahimov, Elçin Həşimov və Elnur Əhmədov iştirak edəcəklər.
Ukrayna Milli operasında Azərbaycan muğam konserti olacaq

Ukrayna, Kiyev, 5 mart / Trend , müxbir Z.Novosvitski/

Martın 12-də Ukrayna milli operasında Azərbaycan musiqisindən ibarət "Muğam Konserti" adlı gecə keçiriləcək. Konsertdə Azərbaycanın görkəmli musiqiçiləri Mənsum İbrahimov, Elçin Həşimov və Elnur Əhmədov iştirak edəcəklər. Onlar "Kiyev-Klassik" simfonik orkestrinin (bədii rəhbər və baş dirijor German Makarenko) müşayiəti ilə çıxış edəcəklər.

Milli operada "Azərbaycan kapriççiosu", "Koroğlu" və "Taras Bulba" operalarından üvertüralar, "Rast" simfonik muğamı və "Qarabağ şikəstəsi"nin final oratoriyası səslənəcək. Konsertə Azərbaycanın əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının Dirijorluq kafedrasının professoru, maestro Yalçın Adıgözəlov dirijorluq edəcək.

Azərbaycan klassik musiqi ənənəsinin əsas janrı olan muğam mahnı-rəqs folkloruna bərabərdir. YUNESKO-nun qərarı ilə Azərbaycan muğamı dünya şedevrləri və bəşəriyyətin əvəzsiz qeyri-maddi irsi sırasına daxildir.

"Muğam konsertləri Fransa, Böyük Britaniya, ABŞ, Macarıstan, Misir və bir çox digər ölkələrdə uğurla baş tutub. Bu yaz Kiyev dinləyiciləri də muğamın həyatverici sehrli təsiri altına düşəcək. Bu, "Q-Club" "Kiyev beynəlxalq enerji klubu" beynəlxalq ictimai təşkilatının yardımı sayəsində mümkün olacaq", - press-relizdə deyilir.

Xəbər lenti

Xəbər lenti