...

Azərbaycan yay vaxtına keçir

Cəmiyyət Materials 19 Mart 2010 16:13 (UTC +04:00)
Azərbaycan ərazisində 28 mart tarixində saat 04.00-da saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək.
Azərbaycan yay vaxtına keçir

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycan ərazisində 28 mart tarixində saat 04.00-da saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək. Bu barədə Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən cümə günü Trend -a bildirilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv olunur.

Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Xəbər lenti

Xəbər lenti