Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycan Dillər Universitetində (ADU) ali təhsil müəssisələri ilə KİV-lərin əlaqəsinin yaradılması müzakirə olunub. Bu barədə ADU-nun məbuat xidmətinin məlumatında deyilir.
Dəyirmi masa zamanı "Ali təhsil müəssisələri ilə KİV-in əlaqəsi" mövzusunda çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ali təhsil müəssisələrinin KİV-ə məlumat ötürməsi qaydaları barədə məlumat verib, həmçinin universitetlərin mətbuat xidmətlərinin əməkdaşlarının jurnalistika üzrə biliklərinin artırılmasının zəruriliyini bildirib.
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib ki, universitetlərdə müvafiq çap orqanının olması tələbələrin qabiliyyətinə təsir edir.
Müzakirələrdə KİV-lərin, universitetlərin mətbuat xidmətlərinin rəhbərləri və nümayəndələri iştirak edib.