İran Parlamentinin sədri Türkiyəyə səfər edəcək

Cəmiyyət Materials 20 Aprel 2010 17:30 (UTC +04:00)

İran Parlamentinin spikeri Əli Laricani mayın 9-da Türkiyəyə səfər edəcək. Laricani İstanbulda keçiriləcək İslam Konfransı Təşkilatı (İKT) İcraiyyə Komitəsinin iclasında iştirak edəcək. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

Laricani iclas çərçivəsində bəzi iştirakçı ölkələrin parlament spikerləri ilə görüşüb müzakirələr aparacaq. Laricaninin Türkiyəyə səfər etməzdən öncə Suriyaya da gedecəyi ehtimal olunur.

İran, İndoneziya, Suriya, Uqanda, Səudiyyə Ərəbistanı, Türkiyə, Kamerun və Burkino-Faso İKT İcraiyyə Komitəsinin üzvləridir.

Xəbər lenti

Xəbər lenti