TREND BİA Seulda OANA sammit-konqresində iştirak edir (FOTO)

Cəmiyyət Materials 22 Aprel 2010 11:49 (UTC +04:00)

Cənubi Koreya, Seul, 22 aprel /Trend, xüsusi müxbir E.Hüseynov/

Cümə axşamı Seulda Asiya və Sakit okean ölkələri informasiya agentlikləri təşkilatlarının (OANA) sammit-konqresi işə başlayıb.

Dördgünlük sammit Cənubi Koreyada ən iri agentliklərdən biri olan "Yonpah" agentliyi tərəfindən təşkil olunub. Agentlik 2011-ci ildə özünün 30 illiyini qeyd edəcək.

"İnformasiya agentlikləri üçün çağırışlar və imkanlar" şüarı altında keçirilən dördgünlük sammitin işində TREND Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş direktoru İlqar Hüseynov və beynəlxalq əməkdaşlıq üzrə direktor Elçin Hüseynov iştirak edir. Azərbaycan, həmçinin, "AzərTAc" Dövlət Teleqfar Agentliyi ilə təmsil olunub.

Forumda 35-dən çox ölkənin dövlət və iri informasiya agentliklərinin nümayəndələri, həmçinin, beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.

Sammit-konqresin açılışında Cənubi Koreyanın Baş naziri Çon Un Çxan iştirak edib.

Regionun informasiya agentlikləri və digər təşkilatlar arasında əməkdaşlığın inkişaf yollarının müzakirəsi başa çatdıqdan sonra, "Seul OANA sammit-konqresi" bəyanatı qəbul olunacaq.

Sammit çərçivəsində OANA ölkələri informasiya agentliklərinin fotosərgisi keçirilir. Ekspozisiyada TREND BİA-nın fotoişləri də nümayiş etdirilir.

OANA 1961-ci ildə YUNESKO-nun təşəbbüsü ilə yaradılıb. Hazırda təşkilata Asiya və Sakit okean regionunun 33 ölkəsindən 44 agentlik daxildir.

"Yonhap" 1981-ci ildə yaradılıb və dünyanın müxtəlif yerlərindəki müştərilərinə xəbərlər və informasiya çatdıraraq, Koreya mətbuatında mərkəzi rol oynayır. Agentlik gün ərzində siyasət, iqtisadiyyat, idman, elm, şou-biznes və dugər sahələrdə 3000-dən çox multimedia materialı istehsal edir.

Trend və Yonhap 2009-cu ildən tərəfdaşdır.

Xəbər lenti

Xəbər lenti