...

Azərbaycanda ekoloji sahədə işlər ümumdünya "yaşıl hərəkat"ına yaxşı töhfədir - nazir

Cəmiyyət Materials 23 Aprel 2010 13:07 (UTC +04:00)
Azərbaycanda ekoloji sahədə həyata keçirilən işlər ümumdünya "yaşıl hərəkat"ına yaxşı töhfədir, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.
Azərbaycanda ekoloji sahədə işlər ümumdünya "yaşıl hərəkat"ına yaxşı töhfədir - nazir

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda ekoloji sahədə həyata keçirilən işlər ümumdünya "yaşıl hərəkat"ına yaxşı töhfədir, - Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

"Nazirlik hökumətə baxılması üçün təqdim edilən 2010-2014-cü illəri əhatə edən ekoloji sahədə tədbirlər planı hazırlayıb", - bu barədə cümə günü keçirilən mətbuat konfransında nazir bildirib.

Tədbirlər planı Sənaye və Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və ARDNŞ şirkəti ilə birlikdə həyata keçiriləcək.

Son iki ildə meşə əraziləri 0,4 faiz artıb, nazir bildirib. Onun sözlərinə əsasən, əsas diqqət yol qıraqlarının yaşıllaşdırılmasına, yeni ağacların əkilməsinə, həmçinin, suvarma sisteminin yaradılmasına ayrılıb.

Xəbər lenti

Xəbər lenti