...

Azərbaycanda uşaqlar üçün ensiklopedik məlumat kitabı çap olunub

Cəmiyyət Materials 13 May 2010 14:40 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi uşaqlar üçün "Azərbaycan İncəsənəti" ensiklopedik məlumat kitabının 1-ci cildini çap edib
Azərbaycanda uşaqlar üçün ensiklopedik məlumat kitabı çap olunub

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir M. Əliyev/

Azərbaycan Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi uşaqlar üçün "Azərbaycan İncəsənəti"  ensiklopedik məlumat kitabının 1-ci cildini çap edib. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyindən bildiriblər.

Kitabda qədim tarixə və zəngin bədii ənənələrə malik Azərbaycan incə­sə­nətinin təsviri sənəti, dekorativ tətbiqi sənəti və memarlığı haqqında məlumatlar əksini tapıb. Uşaqlar üçün ensik­lopediya xarakteri daşıyan bu kitabda adları Azərbaycan incəsənəti tarixinə həkk olunmuş görkəmli sənətkarlar, özünəməxsus bədii məziyyətə malik dünyaşöhrətli sənətkarlıq nümunələri haqqında yığcam məlumat verilir. Materiallar, əsasən, in­cə­sənətin rəngkarlıq, qrafika, hey­­­kəltəraşlıq, dekorativ-tət­bi­qi sənət və memarlıq sahələrini əhatə edir. Kitaba ilk dəfə olaraq gənclər və uşaq yaradıcılığına həsr olunmuş ayrıca bölmələr daxil edilib.

"Azərbaycan İncəsənəti" kitabı 2500 tirajla buraxılıb, Ba­kıda və re­gion­larda olan kitabxanalara və məktəblərə pulsuz olaraq paylanacaq. Ki­ta­­bın tərtibçiləri Azərbaycanın əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və gənc sənətşünas Aslan Xəlilovdur.

Yaxın gələcəkdə kitabın 2-ci və 3-cü cildləri də hazırlanaraq nəşr olunacaq və geniş oxucu kütləsinə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti